Azəri
Thursday 24th of September 2020
İslam tarixi
ارسال پرسش جدید

TƏBUK MÜHARİBƏSİ

TƏBUK MÜHARİBƏSİ
Hicri tarixinin doqquzuncu ilində baş vermiş hadisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbər (s)-a xəbər çatdı ki, Rum imperiyası Bəlqa adlı yerdə böyük qoşun toplayıb müsəlmanlara hücum etmək istəyir. İsti yay havası və meyvələrin təzə yetişən dövrü olduğundan əhali evdə əyləşib itsirahət etmək istəyirdi. Xəzinədə (beytül-mal) də bir şey gözə çarpmırdı. Peyğəmbər (s) adəti ...

VƏLİD İBNİ ƏBDÜLMƏLİK

VƏLİD İBNİ ƏBDÜLMƏLİK
VƏLİD İBNİ ƏBDÜLMƏLİK Əbdülməlik hicri tarixinin 86-cı ili Şəvval ayında dünyadan köçdü. Qeyd etdiyimiz kimi, Mərvan ibni Həkəm əvvəlcə Əbdülməliki, onun ardınca isə başqa oğlu Əbdüləzizi özündən sonra canişin tə’yin etmişdi. Əbdülməlik öz xilafəti dövründə Əbdüləzizi vəliəhdlikdən kənarlaşdırıb onun yerinə oğlu Vəlidi vəliəhd tə’yin etmək istəyirdi, ancaq Əbdüləziz bu ...

USTADIN ƏSƏRLƏRİ

USTADIN ƏSƏRLƏRİ
Cavanlığının ilk çağlarından başlayaraq İslam maarifi və elmi məsələlər haqqında kitab yazmağa başlayır. Birinci əsərini ayətullah Burucerdinin dərsləri əsasında yazır. Ardıcıl şəkildə yeddi il iştirak etdiyi dərsi “Nihayətut-təqrir” adlı kitab şəklində cəm edir. 50 səhifədən ibarət olan bu kitab ayətullah Burucerdinin nəzərindən keçdikdən sonra müvəffəqiyyətlə çapa verilir (O zaman ...

SON FƏRMANDAKI BƏ’Zİ NÖQTƏLƏR

SON FƏRMANDAKI BƏ’Zİ NÖQTƏLƏR
İmam Mehdi (ə) Əli ibn Məhəmməd Səmərinin ölümündən altı gün qabaq bu hadisə barədə xəbər vermişdi. Və’d edilən gün imamın səfiri dünyasını dəyişdi. Uyğun tarixin qabaqcadan dəqiq göstərilməsi sübut edir ki, fərman, doğrudan da, həzrət Mehdi (ə) tərəfindən verilmişdir. İmam Mehdi (ə) Əbül-Həsən Səməriyə göstəriş vermişdi ki, özündən sonra üçün canişin tə’yin etməsin. Bu ...

Riya və təkəbbür

Riya və təkəbbür
İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək haramdır və Allahın qəzəbinə səbəb olar. Qurani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur: «Vay o namaz qılanlara ki, namazlarında qəflətdə olub riya edirlər».Bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu: «İnsanın qurtuluşu nədədir?» Həzrət (s) buyurdu: «Xalqın diqqətini cəlb etmək ...

Kiçik qeyb dövrü astanasında şiələrin ictimai-siyasi və düşüncə durumu

Kiçik qeyb dövrü astanasında şiələrin ictimai-siyasi və düşüncə durumu
Kitabın bu fəslində qeyb dövrü astanasında şiəliyin ictimai-siyasi vəziyyəti və ideoloji durumunu nəzərdən keçirəcəyik. İslamın mühüm və əsil bir qrupu olan şiəlik zalım xəlifələr və onların hakimiyyəti ilə ən barışmaz müxaliflərdən idilər. Bu dövrdə düşüncə baxımından mə’sum imamların tərbiyəsi altında formalaşmış mübariz şagirdlər çox olmuşdur. Mə’sum imamların bu ...

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə tarix boyu şiələr nə kimi nailiyyətlər qazanmışlar?

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə tarix boyu şiələr nə kimi nailiyyətlər qazanmışlar?
Məscidul-əqsa əvvəlcə Ömərin xilafəti dövründə fəth edilmiş, son dövrlərdə də sünnü məzhəbində olan Səlahəddin Əyyubi onu azad etmişdir. Tarix boyu şiələrin nə kimi nailiyyətləri olmuşdur? Onlar bir qarış olsa belə, hər hansı bir ərazini fəth ediblərmi? Yaxud, islamın və müsəlmanların düşmənlərindən hər hansı birini geri oturdublarmı?Qısa cavab Sual verən şəxs sələfdən Ömər ibni ...

Məsih

Məsih
  İsa (ə) bəşər tarixində Adəmdən (ə) sonra atasız doğulan ilk və hələ ki, yeganə insandır. O, körpə ikən, bələkdə dil açıb danışmış, gələcək hadisələri xəbər vermişdir: “Mən, həqiqətən, Allahın bəndəsiyəm. O, mənə müqəddəs kitab (“İncil”) verdi, özümü də peyğəmbər seçdi” (Məryəm, 30). İsa (ə) Allahın ən qüdrətli və möcüzəli adını (“ismi-ə’zəm”) bilirdi. ...

İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri

İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Müsəlmanların tarix mövzusunda qələmə aldıqları ilk kitablar «sirə», yəni Həzrəti Muhəmməd Peyğəmbərin (s) tərcümeyi-halı janrında olmuşdur. Sirələrdə Peyğəmbərin doğumundan başlayaraq vəfatına kimi həyatı araşdırılır, apardığı müharibələr təsvir edilir, o həzrətlə bağlı bütün lazımi informasiyalar (həyat yoldaşları, övladları, yaxın qohumları və səhabələri, hətta atları, ...

HƏSƏN İBN MƏHƏMMƏD İBN QƏTTAH SEYDƏLANİ

HƏSƏN İBN MƏHƏMMƏD İBN QƏTTAH SEYDƏLANİ
  Həsən ibn Məhəmməd kiçik qeyb dövründə Vasət məntəqəsində vəqf vəkili olmuşdur. Cə’fər ibn Məhəmməd nəql edir ki, Əbu-Cə’fər Əmri onu bir miqdar libas və pulla Vasətə göndərdi. Burada Həsən ibn Məhəmmədlə görüşdükdə xəbər tutur ki, Vasət şiələrindən olan Məhəmməd ibn Əbdüllah dünyasını dəyişmişdir və bu libasla pul onun dəfni üçün göndərilmişdir. Bu söhbətdən ...

ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ

ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ ƏSL HƏQİQƏTDƏ XƏVARİC NƏ İSTƏYİRDİ? Qeyd etdiyimiz kimi, xəvaric dəstəsi əvvəldə hakim tə’yin etmək məsələsi ilə razılaşdılar. Lakin bir neçə ay ötəndən sonra Allah dinində hakim tə’yin etdiyinə görə Əli (ə)-a irad tutdular. Əli (ə) bundan sonra onlara: “Biz şamlılarla döyüşə hazırıq, lakin müvvəqqəti barışığın ...

Böyük qeyb dövrünün bə’zi mühüm məsələlərinə bir baxış

Böyük qeyb dövrünün bə’zi mühüm məsələlərinə bir baxış
İmam Mehdi (ə) tərəfindən fərman göndərilməsi ilə və dördüncü səfir dörd naibin sonuncusu olaraq dünyasını dəyişdikdən sonra on ikinci imamın böyük qeyb dövrü başladı. Kiçik qeyb dövrünün arxada qalması ilə şiə tarixinin yeni səhifəsi açıldı. Əvvəlki fəsildə uyğun fərman haqqında danışdıq, onu nəzərdən keçirdik. Kitabın bu fəslində isə böyük qeyb dövrünün ən mühüm ...

MÜƏLLİFİN HƏYATI İLƏ QISA TANIŞLIQ

MÜƏLLİFİN HƏYATI İLƏ QISA TANIŞLIQ
  MÜƏLLİFİN HƏYATI İLƏ QISA TANIŞLIQ Elm, iman və əməl sahibi olan ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani (Qafqazi) müasir dövrdə Qum elmi mərkəzində tanınmış böyük mərcəyi-təqlidlərdən biridir. O, 1310-cu ildə (şəmsi tarixi ilə) İranın müqəddəs Qum şəhərində dünyaya gəlmişdir. Atası mərhum ayətullah Fazil Lənkərani (Hacı Bəşir oğlu) Lənkəranın “Ərkivan” ...

İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI Hüseyn ibni Əli (ə) valinin yanına gedib əvvəlcə Müaviyənin vəziyyətini soruşdu. Vali ona belə dedi: Müaviyə artıq ölmüşdür. Ona bey’ət etmək təklif edildikdə isə belə dedi: Belə bir işin gizlində görülməsi münasib deyil. Camaatı məscidə topla, görək nə etmək lazımdır. Həmin məclisdə Mərvan Vəlidə dedi: Hüseyni bey’ət etməmiş buraxma, əgər ...

CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR

CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR Tarixçilər Ərəbistan yarmadasından söz açdıqda cənub nahiyəsini ön plana çəkirlər. Ona görə ki, eramızdan 2000-il əvvəl başlayaraq islamın gəlişinə qədər bu məntəqədə çoxlu dəyişiklər baş vermiş və bununla əlaqədar olaraq çox rəngarəng bir tarixə malik olmuşdur. Amma onun səhra və yaşayış olmayan əyalətlərinin tarixi mühüm olmamış və ya orada ...

MÜAVİYƏNİN ZİYADI QARDAŞ ADLANDIRMASI

MÜAVİYƏNİN ZİYADI QARDAŞ ADLANDIRMASI
Ziyadın anası Suməyyə Haris ibni Kəldənin kənizi idi. Cahiliyyət dövründə bə’zi ailələrin adətinə əsasən bu kəniz öz sahibi üçün gəlir mənbəyi hesab olunurdu. Sonra isə Haris onu Rumlu qul olan Ubeydə ərə verdi və ondan da Ziyad dünyaya gəlmişdi. Əhali onu bə’zən Ubeydin, bə’zən isə anası Suməyyənin adı ilə çağırırdılar. Bildiyiniz kimi, islam fiqhinə əsasən nikah olunmuş qadından ...

MƏNFƏƏT GÜDƏNLƏR

MƏNFƏƏT GÜDƏNLƏR
Məzhəb və soy əsasında təşkil olunmuş bu üç dəstədən əlavə İraqda digər bir siyasi hərəkat da mövcud idi ki, şiəliyi dini cərəyan gördüklərindən tarixçilər onlara e’tina etməmişlər. Ötən fəsildə Ərəbistanın islamdan əvvəlki siyasi-ictimai durumunu şərh edərkən Ərəbistanın şimal və şərqində yerləşən kiçik dövlətlərin iki böyük imperiya Rum və İranın əlində alətə çevrildiyini ...

İsa Məsih nə zaman doğulub

İsa Məsih nə zaman doğulub
Hər yeni ilin gəlişi zamanı dünyanın əksər xalqları kimi, bizim də istifadə etdiyimiz miladi təqvim öz mahiyyətini ortaya qoyur. Hamımız yeni ilin hansı hadisə şərəfinə keçirildiyini və «bizim era» anlayışının hansı hadisədən qaynaqlandığını bir daha xatırlayırıq. Bəli, bu gün dünya əhalisinin böyük əksəriyyəti Həzrəti İsa Peyğəmbərin (ə) doğum gününü qeyd edir. Elə bu bayram ...

ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ

ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
  Ötən fəsildə qeyd etdiyimiz kimi, hicrətin səkkizinci ili bаş vermiş Mutə mühаribəsində müsəlmаnlаr məğlub oldulаr və Peyğəmbərin əmisi oğlu Cəfər ibni Əbi Tаlib bu döyüşdə şəhid edildi. Bu qüdrətli Rum imperiyаsı ilə bаş verəcək mühаribə üçün müqəddimə oldu. Peyğəmbər (s) həyаtının son günlərində Usаmə ibni Zeydin bаşçılığı ilə Mutəyə qoşun göndərməyi əmr ...

Kiçik qeyb dövrü (hicri 260-329)

Kiçik qeyb dövrü (hicri 260-329)
Kiçik qeyb dövrü hicri-qəməri 260-cı il rəbiul-əvvəl ayının səkkizində imam Həsən Əsgərinin (ə) dünyasını dəyişməsi ilə başlamış və hicri 329-cu il, şə’ban ayının 15-də imamın son xüsusi səfiri və naibi Əbül-Həsən Əli ibn Məhəmməd Səmərinin vəfatı ilə başa çatmışdır. Kitabın bu fəslində şiə tarixinin həssas bir dövründə baş vermiş hadisələri aşağıda sadalanmış doqquz ...